Alimlərimiz və elmimiz dünyada tanıdılacaq - YENİ LAYİHƏ

Məşhur Azərbaycan alimlərin həyat və fəaliyyətindən bəhs edən “Prominent Azerbaijani Scholars” ("Azərbaycanın Görkəmli Alimləri") broşurunun təqdimatını keçirib.


APA TV-nin məlumatına görə, tədbiri təşkil edən Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazov təşkilatın yaradılması barədə məlumat verib. Əsas məqsədin ölkədə elmin inkişafına töhfə verəcək fəaliyyətlər və layihələr həyata keçirmək, elmi məlumatları auditoriyaya, sadə insanlara maraqlı formada çatdırmaq, o cümlədən Azərbaycanın görkəmli elm adamlarını, şəxsiyyətlərini dünyaya tanıtmaq olduğunu bildirib: “Broşurda  dünya elminə və mədəniyyətinə qiymətli töhfələr vermiş azərbaycanlı alim və mədəni xadimlər barədə məlumatlar toplanıb. Çox təəssüf ki, ictimaiyyətdə bu barədə məlumatlılıq səviyyəsi o qədər də yüksək deyil.

 

İnternet resurslarında da bəzi alimlər barədə kifayət qədər məlumatın olmadığını deyən həmsədr onu da əlavə etdi ki, nəşr edilən broşurda daha dolğun məlumatlar olacaq: “Digər tərəfdən, bu broşurun hazırlanmasında məqsəd müəllimləri və tələbələri motivasiya etməkdir. Oxucular görkəmli insanlarımızın əldə etdiyi nailiyyətlərlə tanış olduqca elmi yaradıcılığa həvəs daha da artacaq”.
 

İngilis dilində çap olunan broşurun Britaniya universitetlərinin kitabxanalarına göndərilməsi planlaşdırılır: “Auditoriyadan aldığımız cavablar bizi qane etdi. Bu istiqamətdə kifayət qədər fəallıq ölkəmizdə elmin inkişafına marağın nə dərəcədə olmağından xəbər verir. Bu cür tədbirlərin keçirilməsinə davam edəcəyik”.

 

“Mənimçün tədbirin müsbət tərəfi odur ki, burada məktəb şagirdləri də var və onlar bizim alimlərimizi yaxından tanıdı. Və gələcəyin alimi kimi yetişməkdə bu broşurlar onlara motivasiya verəcək”.

 

“Tədbirdə bəzi alimlərimiz haqqında məlumat aldıq. Bu qədər alimimiz olmasını bilmirdik. Əsas da odur ki, saq qalıb yaşayan alimlərimizi tanımaq bizə xoş oldu”.

 

Qeyd edək ki, “Prominent Azerbaijani Scholars” ("Azərbaycanın Görkəmli Alimləri") broşuru Azərbaycan Elm Assosiasiyasının təşəbbüsü əsasında, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin dəstəyi ilə çap olunub.

 

Broşurda dünya elminə və mədəniyyətinə qiymətli töhfələr vermiş 36 azərbaycanlı alim və mədəniyyət xadimi haqqında məlumatlar toplanıb.

İlahə Vəliyeva, Xəyal Şükürlü APA TV

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR