Aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin - Siyavuş Novruzov
“Deputatların bir çoxuna daxil olan müraciətlərin 20 %-i alimentlərlə bağlıdır”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, alimentlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik: “Aliment Fondu yaratmalıyıq. Övladına aliment verməyən şəxsin övladlarına dövlət tərəfindən aliment verilsin və verməyən valideyn tapılsın, ondan həmin məbləğ alınsın. Vətəndaşın imkanı olsa, heç aliment istəməzdi. Aidiyyəti komitələrdən xahiş edirəm bu məsələni nəzərə alsınlar”.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə