Ali Hərbi Məktəbin məzunları üçün XÜSUSİ GÜN
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.
Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran nazir gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, fəaliyyətlərində onlara uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi