Ali Attestasiya Komissiyası doktorantların etirazı ilə bağlı qərara verdi
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 28 yanvar 2022-ci il tarixli iclasında xarici dil üzrə fəlsəfə doktoru imtahanının keçid balı azaldılıb.
Bu barədə APA-ya Komissiyadan məlumat verilib.
Qeyd olunub ki, məsələ müzakirə edilib və keçid balının azaldılaraq 30 bal səviyyəsində müəyyən edilməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, bir qrup doktorant xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid (minimum) balının yüksək olması ilə əlaqədar müraciət edib. Müraciətdə bildirilib ki, xarici dil üzrə fəlsəfə doktoru imtahanı “minimum” imtahan kimi qəbul edildiyi təqdirdə Azərbaycanda təhsil alan doktorant və dissertantlardan minimum 70% (35/50) müvəffəqiyyət göstəricisinə malik olan imtahan nəticəsi tələb edilir. Bu da keçid balının “minimum” imtahanının şərti adına zidd olması ilə yanaşı, ölkədə təhsil alan doktorant və dissertantların dissertasiya işlərini müdafiə etmələrinə əngəl yaradır.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü