Aksiya keçirilən yerdən növbəti humanitar maşın karvanı maneəsiz hərəkət edib
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan humanitar yardım maşınlarının keçidi davam edir.
Dekabrın 16-sı axşam saatlarında Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Rusiya sülhməramlılarının maşınlarında həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükü aparılıb.
Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
19:20
388
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
18:23
379
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
16:36
419
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
16:35
365
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
16:23
1178
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
1093