"Airbus" Fransa və İspaniyada istehsalı dayandırır
Yaxın dörd gün ərzində koronavirusla mübarizə tədbirləri çərçivəsində "Airbus" şirkəti Fransa və İspaniyada təyyarələrin istehsalını və yığımını dayandıracaq.
APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bu, yeni iş şəraitində səmərəliliyi artırmaqla yanaşı, gigiyena, təmizlik və özünü təcridetmə baxımından sağlamlığı və təhlükəsizliyi qorumağın ciddi şərtlərini yerinə yetirmək üçün kifayət qədər vaxt verəcək.
Eyni zamanda "Airbus" sözügedən həll yolunun əməliyyatlarına təsirini minimuma endirmək məqsədilə müştərilər və tədarükçülərlə də işləyir.
Qeyd edək ki, qlobal miqyasda yayılan koronavirus aviasiya sənayesinə ciddi zərbə vurub. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının hesablamalarına görə, sərnişindaşımalarla məşğul olan aviaşirkətlər virusun təsiri səbəbindən 2020-ci ildə 113 milyard dollaradək gəlirdən məhrum ola bilər.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib