Ailəsi ondan imtina etdiyi üçün qumbara PARTLATDI
Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb. DİN Mətbuat Xidmətindən APA TV-yə bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş ilə tələb edib. Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur. Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Birgə nigahdan 3 övladı var.
OXŞAR XƏBƏRLƏR
19:50
640
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
703
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
650
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
940
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
947
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
942