“Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə “Ailə və cəmiyyət, ənənə və məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı, siyasi partiyaların və QHT-lərin qadın üzvləri, media nümayəndələri iştirak edib.
Məlahət İbrahimqızı Azərbaycan qadınının ailədə hər zaman böyük rolu olduğunu deyib: “Qadına qarşı zorakılıq yolverilməzdir. Azərbaycan qanunvericiliyində qadınlarla bağlı xeyli məqamlar öz əksini tapıb. Qadın haqları insan hüquqlarının fövqündədir. Bu günlərdə mətbuatda qadına qarşı zorakılıq olduğu barədə məlumatlar yayılıb. Biz qadınlara qarşı olan zorakılıqları qınayırıq. Azərbaycan cəmiyyətində bir qadına qarşı şiddətin törədilməsi bizi narahat etməyə bilməz”.
Azəri-Türk Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı isə deyib ki, ailədə sevgi və qayğı mütləqdir: “Məlum hadisə məni üzdü. Bu hadisənin mərkəzində duran siyasi iqtidara iddiası olan şəxsdir. Ona görə bu məsələni müzakirə edirik. Bu kimi məsələlərə ictimai qınaq olmalıdır. Bir siyasi iqtidara iddialı adamın hərəkətləri məni qorxudur. Mən onlardan çox çəkmişəm. Onlar ağıza alınmayacaq səviyyədə söyüşlər söyürlər, təhqirlər edirlər. Bizim qadınlarımız dünyada ən gözəl şeyləri haqq edir. Qadınlarımıza qarşı zorakılığı qınayırıq. Heç kimin təhqir və söyüşlərindən qorxmadan sözünüzü deməkdən çəkinməyin”.
Tədbir çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."