Ağsuda vəzifəli şəxs xəstə ilə cinsi münasibətdə oldu
Ağsuda qadın vəzifəli şəxs tərəfindən cinsi istismara məruz qalıb.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, rayon ərazisində bir qadın naməlum şəxs tərəfindən döyülüb. Xəsarətin dərəcəsi müəyyənləşdirilməkdən ötrü qadın məhkəmə-tibbi ekspertiza patoloji anatomiya birliyinin rayon şöbəsinə göndərilib. Burada o, xəsarətinin daha ağır göstərilməsini istəyib. Bu istək isə cinsi münasibət qarşılığında yerinə yetirilib.
Belə ki, iddialara görə, şöbənin eksperti Z. Hüseynov 27 yaşı olan bu qadına istəyi qarşılığında cinsi münasibət təklif edib. Həmçinin əvəzində təkcə xəsarətin ağır olması deyil, onu həm də şöbəyə işə düzəltmək vədi verib. Beləliklə ekspert qadınla elə kabinetdə cinsi münasibətdə olub.
Məsələ ilə bağlı qadın polisə şikayət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, qadın tərəfindən Ağsu rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda iddialarla bağlı istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib