Ağsuda qəzaya düşən turist avtobusunun sürücüsü tutuldu – RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-nin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yanvarın 26-da saat 10:00 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.
Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.
Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən sərnişin avtobusu turist daşıyırmış.
OXŞAR XƏBƏRLƏR
19:48
613
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
606
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
620
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
330
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
325
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
333