Ağsu sakini əmisinin evindən oğurluq etdi
Ağsu şəhəri ərazisində yerləşən evdən oğurluq edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ümumi dəyəri 5 min manata yaxın olan müxtəlif məişət əşyalarının, tikinti materiallarının və avtomobilin ehtiyat hissələrinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qardaşlar Roman və Ceyhun Kərimovlar, eləcə də zərərçəkmişin qardaşı oğlu Ceyhun Səlimov saxlanılıb.
Onlar əməllərini etiraf ediblər və əldə etdikləri əşyaları aşağı qiymətə satdıqlarını bildiriblər. Oğurladıqlarının bir qismi isə həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şahnəzər Bəşirov, APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə