Ağsu dağlarında baş verən yanğın söndürülüb

Ağsuda dağlıq ərazidə güclü yanğın baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın rayonun Kəlağaylı kəndi ərazisində yüksək dağlıq ərazidə qeydə alınıb. Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub. Hadisə zamanı Kəlağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanıb. Yanğın söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR