Ağstafadakı qan davasının təfərrüatları - HADİSƏ YERİNDƏN REPORTAJ
2019-cu il iyunun 17-də Ağstafa rayonunun Böyük Kəsik stansiyasında 12 il əvvəl ailələr arasında yaranan münaqişə yenidən faciə ilə nəticələnib. 1994-cü il təvəllüdlü oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında atasının və əmisinin ölümündə günahlandırılan, az müddət əvvəl həbsxanadan çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib. Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birgə yaxınlıqdakı bazara girib. Bu zaman Elnur Süleymanov qisas almaq məqsədilə “Kalaşnikov” markalı avtomatla Musayevləri atəşə tutub. Gülləbaran zamanı Şərqiyyə, Novruz və Şəmiddin Musayevlərdən başqa, yaxınlıqda olan Ağgöl kənd sakini Zeynəb Cəlilova da odlu silahın hədəfinə tuş gələrək ölüb. 4 nəfəri qətlə yetirən E.Süleymanov daha 5 nəfəri də yaralayıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."