Ağstafada narkotacir qardaşlar saxlanılıb
Ağstafa rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon sakini əvvəllər məhkum olunmuş Elşad Yaqubov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman ondan külli miqdarda metafetamin və marixuana aşkar edilərək götürülüb.
APA TV xəbər verir ki, davam etdirilən əməliyyat axtarış tədbirləri zamanı Yaqubovun cinayət ortağı və doğma qardaşı Rəşad Yaqubovda saxlanılıb. Regionda narkotik alverçisi kimi tanınan və illərdir bu peşəsini gizli şəkildə davam etdirən Rşad Yqauobovun üzərindən külli miqdarda heroin metafetamin və metadon həbbləri eləcədə narkotik vasitələrin satışında istifadə olunan tərəzi aşkar edilərək götürülüb.
Qardaşlardan götürülən maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar