Ağstafada minik maşını aşdı – YARALILAR VAR
Ağstafada dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, qəza rayonun Poylu kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 4 nəfər - 1981-ci il təvəllüdlü Vidadi İbrahimov, 1979-cu il təvəllüdlü Həsən Abdullayev, 1992-ci il təvəllüdlü Niftalı Cəfərli, eləcə də daha bir nəfər xəsarət alıblar.
Onlardan üçü xəstəxanaya yerləşdirilib. Birinin xəsarətləri yüngül olduğundan isə ona hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
1732
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1722
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1782
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1408
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1987
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2017