Ağstafada mikroavtobusla yük maşını toqquşub
Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə “Mercedes-Sprinter” markalı mikroavtobus yük maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər - Ağstafa rayon sakini 61 yaşlı Məmmədova Familə, 60 yaşlı Nağıyev Mail hadisə yerində ölüb. 4 nəfər isə xəsarət alaraq Ağstafa rayon mərkəzi xəstəxanasına və Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Xəsarət alanlar 51 yaşlı Mətanət Əliyeva, 19 yaşlı Nicat Qasımov, 71 yaşlı Email Əmiraslanov, 56 yaşlı Vəliyeva Mirvaridir. Həkimlərin səyinə baxmayaraq 56 yaşlı Vəliyeva xəstəxanada dünyasını dəyişib. Ölənlərin meyitləri aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. Qəzanın dəqiq baş vermə səbəbi təyin olunan avtoekspertizanın nəticəsindən sonra bəlli olacaq.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə fəaliyyət göstərib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Ağsatafa
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir