Ağstafada maskalı şəxs evə basqın etdi
Ağstafada maskalı şəxs evə basqın edib.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Ağstafa şəhərinin Nəriman Nərimanov küçəsində baş verib. Gecə saat 1 radələrində həyətə düşən 26 yaşlı Pünhan Bayramova evdə maskalı şəxsin olduğunu görüb. Qışqırmaq istəyən zaman basqın edən şəxs ona bıçaqla xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
Bıçaq Pünhan Bayramovanın qarın boşluğundan dəyib və daxilə nüfuz etməyib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.
Dırnaqarası qəhrəman evin gəlininə elə evin mətbəxindən götürdüyü bıçaqla xəsarət yetirib. Bundan sonra barıdan düşərək ərazidən uzaqlaşıb. Gəlinin köməyinə isə işdən evə dönən həyat yoldaşı çatıb. Hadisəni törədən şəxs isə evdən müəyyən məbləğdə pul da oğurlayıb. Dırnaqarası qəhrəmanın cinayətdə istifadə etdiyi bıçaq maddi sübut olaraq götürülüb.
Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Ağstafa
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi