Ağstafada “KamAZ”a çırpılan mikroavtobus aşdı 9 YARALI

 

Ağstafa rayonunda 9 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nın yerli bürosunun xəbərinə görə, Ağstafa-Poylu marşrut xətti üzrə hərəkətdə olan “QAZel” markalı mikroavtobus sürücüsünün qəfil idarəetməni itirməsi nəticəsində “KamAZ”a çırpılıb, daha sonra aşıb.

Nəticədə mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Pərvanə Cümşüd qızı Quliyeva, 1982-ci il təvəllüdlü Vüsal Yusuf oğlu Nəsibov, 1956-cı il təvəllüdlü Gülüruf Teymur qızı Babayeva, 2003-cü il təvəllüdlü Zöhrəbəyim Akif qızı Oruclu, 1986-cı il təvəllüdlü Tamella Arif qızı Orucova, 2003-cü il təvəllüdlü Rəşid Kərimov, 1984-cü il təvəllüdlü Gülarə Afad qızı Muğalova, 1992-ci il təvəllüdlü Pərvin Hidayət qızı Göycəliyeva və 2003-cü il təvəllüdlü Zülfiyyə Əsgər qızı Cəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR