15:47 11 may 2022 270
Ana səhifə Xəbərlər

Ağstafada gizir yaşadığı xidməti mənzildə özünü asdı

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edib.

 

APA xəbər verir ki, bu barədə DSX Mətbuat mərkəzi məlumat yayıb.

 

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) gizirinin özünü asaraq intihar etməsi Fakt ilə bağlı cinayət işi başlanıb.

 

Bu barədə APA-ya Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

 

O bildirib ki, 10 may 2022-ci il tarixdə daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

 

“Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək."-deyə o bildirib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın