Ağstafada əməliyyat: 5 ədəd müxtəlif marka və kalibrli silah ələ keçirildi
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov, Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” və “marixuana” aşkar edilərək götürülüb.
Bundan başqa polis şöbəsinə rayonun Poylu qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 5 ədəd müxtəlif marka və kalibrli ov tüfəngi, 73 ədəd pulemyot patronu, 14 ədəd 7.62 mm-lik, 138 ədəd 5.45 mm-lik avtomat patronu, 81 ədəd boş giliz və 2 ədəd “F1” əl qumbarası aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb