Ağır yol qəzasında məktəb direktoru və müəllim ölüb - ŞƏMKİRDƏ
Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax –Gürcüstan magistral yolunun, rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" ilə ağır tonajlı " “DAF" markalı yük avtomobili toqquşub. Qəza zamanı "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbsov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb.
Qeyd edək ki, qəzada ölən Eyvaz Vəliyev rayonun Dəllər qəsəbəsi Zaur Abbasov adına tam orta məktəbin direktorudur. İlkin etimallara görə, qəzaya səbəb avtomobilərdən biri ötmə əmliyyatını düzgün yerinə yetirməyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:28
565
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
679
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2691
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2317
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2308
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1490