Ağdaşda ev yandı, xəsarət alan var
Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Qarağan Sədi kənd sakini, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova məxsus evdə baş verən yanğın məişət qaz balonunun başlıq hissəsindən yaranıb. Nəticədə evin az bir hissəsi və mətbəxin tavanı yanıb.
Hadisə zamanı qaz balonunu söndürməyə çalışan ev sahibəsi, 1984-cü il təvəllüdlü Xəyalə Məmmədova yanıq xəsarətləri alıb.
Əraziyə Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub və onların səyi nəticəsində alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
16:28
463
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
572
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2586
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2306
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2294
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1481