Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etmələri müəyyən olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Hüşün kənd sakini Kamil Ağayev və Ağzıbir kənd sakini Elxan Mikayılovun koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Ancaq həmin şəxslər digərlərinin də sağlamlığı üçün real təhlükə yaradaraq yaşadıqları evləri tərk ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxslər yaşadıqları ünvanlara geri qaytarılıblar.
Hər iki şəxs barəsində Ağdaş RPŞ-nin İstintaq qrupunda cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
18:38
378
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
990
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1001
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
866
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2244
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2193