Ağdaşda avtomobil aşıb - SÜRÜCÜ ÖLDÜ, SƏRNİŞİN XƏSARƏT ALDI
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Göyçayın Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş Girman oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili qarşı tərəfdən gələn Ağdaş sakini, 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü Siyavuş Qafurov ağır xəsarətlər aldığı üçün dünyasını dəyişib. Sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi