Ağdamlılar Quzanlıda novruz tonqalı qaladı
Baharın gəlişi ilə bölgələrdə novruz şənlikləri keçirilir. Ağdamlılar Quzanlı qəsəbəsindəki mərkəzi meydanda bir araya gələrək baharın gəlişini qeyd ediblər.
Uzun illər müharibə şəraitində yaşayan ağdamlılar neçə əsirlərdir qoruyub saxladığı adət-ənənəni, el şənliyində bu gün nümayiş etdiriblər. Meydana toplaşan qız-gəlinlər, xəmir açıb, yuxa yayıb, kətə bişirib. Kimisi qoruğa qovurub, kimisi bayramın şah xörəyi hesab olunan plov dəmləyib. Bir sözlə onlar qoruyub saxladıqları adətləri xüsusi həvəslə sərgiləyiblər.
El ağsaqqalı Dədə Qorqudun, Bahar qızın gəlişi, kosa və keçəlin şən zarafatları xüsusilə balacaların sevincinə səbəb olub.
Gənclər qurşaq tutub, dirədöymə və müxtəlif idman oyunları oynayıblar.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib