Ağdamın cəbhə kəndlərinə giriş-çıxış məhdudlaşdırıldı, 300 sürücü geri qaytarıldı
Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Ağdam rayonunun cəbhə kəndlərinə giriş-çıxış məhdudlaşdırılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saat 08:00-dan etibarən Ağdam-Bərdə və Ağdam-Ağcabədi istiqamətində rayon ərazisinə giriş-çıxış nəzarətə götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayona səyahət məqsədi ilə gələn sürücü və qonaqların girişinə, eyni zamanda rayondan çıxışına imkan verməyib.
Ağdam RPŞ-nin baş inspektoru Vəli Məmmədovun sözlərinə görə, indiyə qədər 300 sürücü geri qaytarılıb: “Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, koronavirusun qarşısının alınması məqsədilə Ağdam Rayon Polis Şöbəsi gücləndirilmiş iş rejiminə keçib. Rayonun giriş və çıxışı nəzarətə alınıb. İndiyə qədər rayon qeydiyyatı olmayan 300 sürücü geri qaytarılıb”.
Polis əməkdaşları eyni zamanda, rayonda koronavirus epidemiyası ilə bağlı dezinformasiyaların qarşısını almaq məqsədilə vətəndaşlara maarifləndirici məlumatlar da veriblər.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir