Ağdamda Xudu Məmmədova həsr olunmuş yarış keçirildi
Ağdamda dünya şöhrətli alim Xudu Məmmədovun xatirəsinə həsr olunmuş I Açıq respublika turniri keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, turnir Gənclər və İdman Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının birgə dəstəyi və təşkilatçılığı ilə baş tutub.
Ağdam Olimpiya İdman Kompleksində təşkil olunan yarış 2 gün davam edib. 18 şəhər və rayondan müxtəlif çəki dərəcələrində və yaş qruplarından olan 200-dən çox idmançının iştirak etdiyi yarış gərgin mübarizə şəraitində keçib. Turnirin qaliblərinə diplom, medal və xatirə hədiyyələri təqdim olunub.
Tədbirdə Xudu Məmmədovun ailə üzvləri də iştirak edib. Alimin oğlu Toğrul Məmmədov atasının xatirəsinə ehtiramla yanaşan və onun adına təşkil olunan turnirdə mübarizə aparan idmançılara təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək