Ağdamda sirli məzarlıq: Burada kimlər yatır?
Ağdamın Qərvənd kənd qəbiristanlığında üzəri qədim əlifba ilə yazılı qəbir daşları aşkarlanıb. Qəbirlərin üzərində tarix hicri təqvimi ilə göstərilib. Tarixçilər bu məzarların yüz ildən artıq tarixi olduğunu deyir.
Tarixçi Fəqani Səfərovun sözlərinə görə, ehtimal ki, bu məzarlar Qafqaz-İslam ordusunun birinci Azərbaycan piyada diviziyasının hərbçilərinə məxsusdur. Tarixçi Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirən daşnaklara qarşı Qafqaz-İslam ordusunun hərbi əməliyyatlara başlamasını danılmaz fakt olaraq ortaya qoyur.
Fəqani Səfərov belə məzarların ölkənin bir çox bölgəsində olduğunu və bu abidələr ətrafında ciddi araşdırmalara ehtiyac olduğunu diqqətə çatdırır.
Bundan başqa, bu məzarların tarixini bilən yaşlı nəslin həyatda olmamasının bəzi incəliklərin öyrənilməsində çətinliklər yaratdığını deyir.
Qeyd edək ki, Qərvənd qəbiristanlığı Vətən Müharibəsinə qədər ziyarət edilməsi təhlükəli olan ərazilərdən idi. Hətta burada düşmən atəşinə tuş gəlməmək üçün dəfn mərasimləri gecə saatlarında həyata keçirilirdi.
Elgün Gəncimsoy, Arzu Quliyev, APA TV – Ağdam
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib