Ağdamda şəhidlərin xatirəsi əbədiləşdirilib

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən ehsan bulaqları istifadəyə verilib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Bənövşələr və Yeni Quzanlı köçkün qəsəbəsində keçirilən açılış mərasimində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, QHT nümayəndələri və Ağdam rayon ictimaiyyəti iştirak edib. Əhalinin sıx məskunlaşdığı və xüsusilə yol kənarlarında qurulan bulaq içməli su ilə təchiz olunub və ümumilikdə 800-dən çox ailə bulaqdan istifadə edəcək. Bundan başqa bura Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək canından keçmiş hərbiçilərimizin şəkilləri və adları həkk edilib. Tədbirdə çıxış edənlər görülən işin təqdirə layiq olduğunu və bunun Vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıblar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR