Ağdamda oğru dəstəsi tutuldu – 10 EV YAĞMALANIB
Ağdamda oğurluqla məşğul olan dəstənin üzvləri saxlanılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan qrup üzvləri 2019-cu ilin 8 ayı ərzində rayon ərazisində 10 evdən oğurluq etdiklərini etiraf ediblər. Qrup üzvləri ümumilikdə 18 330 manat məbləğində pul, 15300 manat dəyərində qızıl-zinət əşyaları talayıb. Ağdam Rayon Polis Şöbəsindən bildirilib ki, saxlanılan Ağdam rayon sakinləri - 22 yaşlı Mehdiyev Seymur Vaqif oğlu, 18 yaşlı Səfərov Rəhman Bəhmən oğlu və Ağayev Nemət Elxan oğlu cinayət məsuliyyətinə cəlb olunublar. Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 177-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin rayon ərazisində və respublikanın digər ərazilərində başqa cinayət hadisələri törədib-törətmədikləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."