Ağdamda monitorinqlər keçirilib
Ağdamda humanitar vəziyyətin monitorinqi həyata keçirilib.
Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Ağdamda humanitar vəziyyətin monitorinqini həyata keçirib. Nümayəndə heyəti səfər çərçivəsində Ağdam şəhərində işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxıblar. Nümayəndə heyəti İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binasının qalıqlarına da baş çəkib.
Nümayəndə heyətinə Ermənistanın işğalına qədər Ağdamın respublikanın ən böyük, inkişaf etmiş şəhərləri olduğu və işğal etdikdən sonra şəhərin və rayonun kəndlərinin talan edib, dağıdıb və yandırıldığı barədə ətraflı məlumat verilib.
Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının rəhbəri Ana Cumaliyeva jurnalistələ müsahibəsində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə İki qurum arasında Anlaşma Memorandumu imzalandığını deyib. Bildirib ki, gördükləri çox qorxunc mənzərədir. Hər tərəf dağıdılıb”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu