Ağdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib
Ağdam rayon prokurorluğu vəzifəli şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan APA TV-yə verilən məlumatda qeyd olunur ki, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:54
1087
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1081
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2225
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1499
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1921
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1090