Ağdamda Maqsudlu kanalının ətrafı minalardan təmizlənir
Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdamın işğaldan azad olan ərazilərinə mediatur təşkil edib.
APA TV-nin əməkdaşlarının da iştirak etdiyi mediaturda KİV nümayəndələri rayonun Maqsudlu kəndində olub.
Jurnalistlər Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı və istehkam qruplarının həmin ərazidə apardığı minatəmizləmə əməliyyatı ilə tanış olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri Səbuhi Sarıyev APA TV-yə müsahibəsində bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam edir.
Sözügedən ərazilər minalardan təmizləndikdən sonra həmin torpaqlar kənd təsərrüfatı üçün yararlı olacaq.
FHN bir daha vətəndaşlardan xahiş edir ki, qanunsuz yollarla minalanmış ərazilərə keçməsinlər. Eyni zamanda, ərazidə yenidənqurma və bərpa işləri aparan şirkətlərin əməkdaşları, mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal FHN-nin “112”, DİN-in 102 xidmətinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşsınlar.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü