Ağcabədidə yol polisi maarifləndirici tədbirlər keçirir
Ağcabədidə yol polisi tərəfindən profilaktik tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Ağcabədi RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək qəzalarının qarşısının alınması məqsədilə rayon ərazisində hərəkətin intensiv olduğu ərazilərdə polis əməkdaşları tərəfindən sürücülər və piyadalarla maarifləndirici söhbətlər aparılıb.
Yeni dərs ilinin başlanması ilə əlaqədar şagirdlərin təhlükəsizliyini təmin etmək üçün valideynlərlə və şagirdlərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib. Məqsəd dərsdən çıxan azyaşlıların piyada keçidlərindən istifadə etməklə, yolda rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin nəqliyyatın hərəkət axınının normal qaydada təşkilini həyata keçirməkdir. Həmçinin kobud qayda pozuntusuna yol verən, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlər aşkarlanıb və onların barəsində qanuna müvafiq tədbirlər görülüb. Hərəkətin təhlükəsizliyinin təmin olunması, eləcə də piyadalar arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə bu cür profilaktik tədbirləri davam etdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."