Ağcabədidə narkotacir yaxalandı
Ağcabədidə narkotacir saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları Səməd Vurğun küçəsində yaşayan 1978-ci il təvəllüdlü Elmir Həsənovu saxlayıb.
Onun evinə baxış zamanı ümumi çəkisi 49 qram narkotik vasitə olan qurudulmuş marixuana, 35 ədəd kağıza bükülmüş, ümumi çəkisi 8,7 qram heroin, 12 bükümdə, ümumi təmiz çəkisi 11.8 qram metamfetamin və dövriyyəsi qadağan edilmiş dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
133
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
134
Növbəti köç karvanları yola salınıb
13:38
309
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
852
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
984
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2892