Ağcabədidə iki maşın toqquşdu - 3 YARALI
Ağcabədidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yevlax-Bəhramtəpə yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində baş verib. İxtiyar Xudayberqan oğlu Xudiyev “ZİL” markalı 19 BF 229 dövlət nömrəli yük maşını ilə hərəkətdə olarkən Nazim Şirvan oğlu Quliyevin idarə etdiyi 58 BB 305 dövlət nömrəli “KİA” markalı avtomobil onun yoluna çıxıb. Nəticədə “KİA” markalı avtomobilin sürücüsü N.Quliyev və 2 qadın sərnişin ağır xəsarətlərlə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:50
956
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1016
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
967
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
983
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
987
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
987