Ağcabədidə əməliyyat: saxlanılanlar var
Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş Dəyanət Nəcəfov saxlanılıb. Bu əməliyyat zamanı ilk olaraq saxlanılan şəxsdən satmaq istədiyi heroin və metamfetamin bükümləri götürülüb.
Onun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də aşkara çıxarılıb. Dəyanət Nəcəfovun həmkəndlisi Qadir Məmmədovdan sadalanan narkotikləri aldığı müəyyən edilib.
Əməliyyatın növbəti mərhələsində əvvəllər məhkum olunmuş Qadir Məmmədovun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilib. Buradan külli miqdarda - 1 kiloqram 675 qram heroin və 325 qram metamfetamin aşkar edilərək götürülüb. Qadir Məmmədovun ətrafında aparılan araşdırmalarla onun “Peyman” adlı İran sakini ilə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsi qurduğu müəyyən edilib.
Tərəflər arasında sonuncu dəfə onlayn alqı-satqıdan sonra Qadir Məmmədov narkotiki Bakı şəhərindən götürərək Ağcabədi rayonuna gətirib. Polis əməkdaşlarının burada keçirdikləri əməliyyat zamanı o, saxlanılıb.
Adıçəkilən şəxslər barəsində Ağcabədi rayon polis şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı