Ağcabədidə əməliyyat: 27 nəfər tutuldu
Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu müəyyən edilib. Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluqla yetişdirdiyi 44 ədəd çətənə bitkisi və 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb. Hazırda Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Bundan əlavə polis əməkdaşlarının may ayı ərzində keçirdikləri əməliyyatlarla rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 27 nəfər saxlanılıb. Həmin şəxslər barəsində Rayon Polis şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb. Bu əməliyyatlar zamanı ümumilikdə 5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər