Ağcabədi sakininin maşınından görün nə çıxdı
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən olunub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Qabil Budaqovun idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman onun sərnişini Əbülfət Nəbiyevə məxsus yararsız mal əti aşkar edilərək götürülüb.
Aşkarlanmış yararsız ətin müayinəsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şöbəyə dəvət olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:55
248
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
500
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1087
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
1117
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
847
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1188