Ağappaq örtüklü dam
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysi həyata keçirib.
30 il Novruz tonqallarına həsrət qalmış sakinlər Ağdam rayonuna bayram etməyə gedirdilər. Məhz bu baxımdan da Səfər sərnişinlər üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Sərnişinlərin yol boyu müşahidə etdiyi mənzərələr dağıdılmış evlər,minalanmış ərazilər idi.
Ağdamın talan edilməsi, xalqımızın tarixi, mədəni irsini yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilmiş terror erməni vəhşiliyinin sərhəd tanımadığını bir daha nümayiş etdirir. Düşmən nə qədər çalışsa da, hər qarışı tarix olan Ağdamda Azərbaycan ruhunu məhv edə bilməyib.
Hazırda bu ərazilərdə quruculuq işləri gedir.
Ağdamlılar İmarət abidə kompleksində, Ağdam Cümə məsçidində və Ağdam şəhidlər xiyabanında oldular.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqamətinə 3196 nəfər sərnişin səfər edib.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir