Ağaclar və elektrik dirəkləri aşdı, bəzi ərazilər işıqsız qaldı – GƏNCƏDƏ KÜLƏK FƏSADLAR TÖRƏTDİ
Gəncədə güclü külək bir sıra fəsadlar törədib.
APA TV-nin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq əsən güclü külək şəhərin müxtəlif hissələrində irigövdəli ağacları aşırıb. Nəticədə elektrik naqilləri və dirəklərə ziyan dəyib. Bu səbəbdən də şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb.
Bundan başqa, bir neçə yerdə quraşdırılan dayanacaq küləyin gücündən aşıb.
Hazırda Gəncə Fövqəladə Hallar Komissiyasının üzvləri və şəhər təsərrüfatının nümayəndələri dəyən ziyanın fəsadlarının aradan qaldırılması və hesablanması istiqamətində tədbirlər görür.
Qeyd edək ki, qərb bölgəsində küləkli hava şəraiti davam edir.
OXŞAR XƏBƏRLƏR
16:40
192
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
187
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
193
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
17:21
1450
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1492
Növbəti köç karvanları yola salınıb
13:38
1509