Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışı qadağan edildi
Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.
Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub.
Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi