Afət Fərmanqızı axtarışa verilməsindən DANIŞDI
Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Müğənni Lent.az-a açıqlamasında hazırda Tovuzda, ata yurdunda olduğunu dilə gətirib:
“Hamiləliyimlə bağlı hazırda Tovuzda, ata evimdəyəm. Bakının havası mənə xoş olmadığı üçün bura istirahətə gəlmişəm. Həm də ata evimi təmir etdirəcəm. Kimdənsə qaçıb gizlənmirəm, Tovuzdayam, yaşadığım, doğulduğum yer buradır. Məhkəməni də göndərsinlər bura iştirak edək. Bununla bağlı məhkəməyə də sənəd göndərilib”.
Afət Fərmanqızı həmçinin iş davam edən məhkəmə prosesindən də danışıb:
“Bu sənəd üzərində mənimlə Flora Kərimova arasında olan məhkəmədir. Ancaq elə deyil. Flora Kərimova kiməsə arxalanıb belə addım atır. Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! Mən heç yerdə çıxışlarımda ad çəkməmişəm. Binəqədi məhkəməsi 6 maddə pozuntusu ilə işi icraata götürdü. Vəkilim kifayət qədər savadlı adamdır. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciət etmişik”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko