Aeroport şossesində qəza törədən sürücü hadisə yerindən qaçıb
Aeroport şossesində yüksək sürətlə hərəkət edən avtomobil arakəsməyə çırpılaraq qəza törədib. Yol-nəqliyyat hadisəsi Bakının Suraxanı rayonunda qeydə alınıb.
APA TV-nin məlumatına görə hava limanı istiqamətində hərəkətdə olan və Gürcüstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil dəmir arakəsməyə çırpılıb.
İdarəetmədən çıxan avtomobil bir neçə dövrə vuraraq beton səkiyə də dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.
Əraziyə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin olunub.
Qeyd edək ki, qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:09
873
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
878
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
877
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
17:47
1734
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1562
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1574