Abşeronda gizli fəaliyyət göstərən restoran aşkar edildi – SAHİBİ VƏ MÜŞTƏRİLƏR SAXLANILIB
Abşeron rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilən tədbir zamanı şəhər sakini Zakir Məmmədovun işlətdiyi restoranda müştərilərə yerində xidmət göstərildiyi məlum olub.
Obyektə baxış zamanı oranın sahibi və daha 8 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, orada olan müştərilərin hamısı saxlanılan şəxslərdən biri olan Niyaməddin Babayevin ad gününü keçirmək üçün kafeyə toplaşıblar.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində protokol tərtib edilib. Onların törətdikləri qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi