Abşeronda gecə yarısı dəhşətli qətl - APA TV
Abşeron rayonunda qətl hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, hadisə rayonunun Masazır qəsəbəsində şəhid Faiq Həsənov küçəsində qeydə alınıb. 24 yaşlı Nicat Əsədov yaşadıqları evdə bacısı 28 yaşlı Xalidə Əsədovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Xalidə Əsədova gecə saatlarında xəstəxanaya yerləşdirilsə də onu xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Ramil Zeynallı, APA TV
OXŞAR XƏBƏRLƏR
18:25
169
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
325
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
258
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1097
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1017
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
923