Abşeronda ər-arvad dəm qazından boğularaq ölüb
Abşeronda ər-arvadın dəm qazından boğulması faktı ilə bağlı cinayət işi başlanıb.
APA TV-nın məlumatına görə, yanvarın 15-də saat 16 radələrində Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində 1952-ci il təvəllüdlü Yusif Bəşirov və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Solmaz İsmayılovanın hamam otağında meyitləri aşkar olunub. Faktla bağlı dərhal hadisə yerinə polis, prokurorluq işçiləri və eləcə də məhkəmə tibb ekspertinin iştirakı baxış keçirilib.
Qeyd olunan şəxslərin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub. O cümlədən digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
19:48
749
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
735
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
748
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
343
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
337
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
347