Abşeronda “Cənnət Park” yaşayış kompleksində yanğın – 5 NƏFƏR XƏSARƏT ALDI
Abşeronda “Cənnət Park” yaşayış kompleksində yanğın baş verib.
APA TV-nin məlumatına görə, Abşeron rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib, 1 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərdə tüstüdən narahatlıq halları müşahidə edilib. Bu səbəbdən də onların həkim müayinəsindən keçmə zərurəti yaranıb.
OXŞAR XƏBƏRLƏR
19:48
419
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
416
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
393
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
305
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312