Abşeronda ahıl qadını qarət edən yeznə və qaynı tutulub
Abşeronda bir müddət əvvəl ahıl qadının təqaüdünü oğurlayan şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Abşeron rayon Polis İdarəsinə daxil olan məlumat əsasında Saray qəsəbəsi ərazisində vətəndaş Xatirə Zamanovaya qarşı soyğunçuluq edən 24 yaşlı Rahim Səlimzadə və 19 yaşlı Turqut Əliyev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq Saray qəsəbəsində yaşlı qadının bankomatdan təqaüdünü guya çıxarmasına köməklik etmək məqsədi ilə çirkin əməllərini həyata keçiriblər. Turqut Əliyev kartda olan 400 manat pulu çıxardıqdan sonra yaxınlıqda onu avtomobillə gözləyən Rahim Səlimzadə ilə birgə oradan qaçıblar. Rayon Polis İdarəsi əməkdaşları çox keçmədən onların izinə düşərək saxlamağa müvəffəq olub. İstintaq zamanı oda məlum olub ki, 24 yaşlı Rahim Səlimzadə eyni üsulla Abşeron rayonun digər ərazilərində də cinayət əməlləri törədib.
Qeyd edək ki, saxlanılan şəxslər yeznə və qayındır.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar