ABŞ Ukraynaya tank qatillərini göndərir
Ağ Ev hərbi yardımın bir hissəsi kimi Ukraynaya “Switchblade” pilotsuz təyyarələrini göndərə bilər.
Lent.az bu barədə “NBC News”a istinadən xəbər verir. Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası tankları məhv edə bilən “Switchblade” dronlarının Ukraynaya təhvil verilməsini nəzərdən keçirir. Dronların təhvil verilməsi Ukraynaya milyard dollarlıq hərbi yardımın göstərilməsi çərçivəsində planlaşdırılır.
“NBC News”a görə, dronlar, hədəfi birbaşa özləri vurduqları üçün kamikadze adlandırılır. Dronun iki versiyası var. Daha yüngül “Switchblade 300”,10 kilometrə qədər məsafə qət edə və saatda 160 kilometrə qədər sürət yığa bilir. O, insanları və yüngül avtomobilləri vurmaq üçün nəzərdə tutulub.
Daha güclü versiya olan “Switchblade 600” hədəfin üzərində 40 dəqiqə hərəkət edə bilir, saatda 180 kilometr sürətə çata bilir və tankı məhv etmək gücündədir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ